Jurnalistlər Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir - Sədr 

09:48 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalistlər seçki prosesi zamanı Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir, burada hansısa zümrə yoxdur. 

Hafta.az-ın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O, bildirib ki: 

“Qarşılıqlı anlaşma şəraiyində fəaliyyət göstərilsə, problem yaranmaz. Heç kəsin Seçki Məcəllənin tələbini və digər qanunvericilik aktlarını pozmağa haqqı yoxdur. Biz MSK olaraq heç vaxt qadağalarla danışmırıq. Biz çoxluğun fikrinin ortaya qoyulmasının tərəfdarıyıq”.